Fələstin Səhiyyə Nazirliyinin yazılı açıqlamasında bildirilir ki, İsrailin 2023-cü il 8 oktyabrda başladığı soyqırımı nəticəsində son iki il ərzində Qəzzada 5 mindən çox amputasiya əməliyyatı aparılıb.
Nazirlik vurğulayıb ki, əhalinin sayına nisbətdə Qəzza dünyada uşaq amputasiyalarının ən yüksək olduğu bölgədir.
Amputasiya olunmuş şəxslərin reabilitasiyası üçün xüsusi fond yaradılıb və beynəlxalq ianə kampaniyasının başladılacağı bildirilib.
Açıqlamada qeyd olunur ki, İsrailin hücumları nəticəsində Qəzzada səhiyyə sistemi tamamilə çöküb, yaralıların sayının artması isə bərpa və reabilitasiya xidmətlərində misli görünməmiş böhran yaradıb.
Sentyabr 2025-ə olan məlumata əsasən, Qəzzada yaralıların sayı 170 mini keçib, və onların ən azı dörddə biri orta və uzunmüddətli reabilitasiyaya ehtiyac duyur.

