Cairo 24 portalının məlumatına görə, yerli hakimiyyət orqanları üç xarici vətəndaşı Giza piramidalarında geyimsiz fotosessiya keçirməyə cəhd etdiklərinə görə saxlayıb.
“Üç turist Giza piramidalarında çılpaq halda çəkiliş aparmaqda ittiham olunur. Onlar Misirin qanun və normalarını pozduqlarına görə saxlanılıblar,” — xəbərdə qeyd olunub.
Hadisə Xеops piramidasının yaxınlığında, dünyanın ən məşhur arxeoloji komplekslərindən birində baş verib. Turistlər öz ölkələrində bu cür çəkilişlərin qadağan edilmədiyini bildiriblər, lakin bu izahat ictimai davranış qaydalarının pozulmasına görə məsuliyyətdən azad etməyib.
Giza piramidalarının arxeoloji kompleksi 4,5 min ildən artıq tarixə malikdir və Misir üçün həm milli irs, həm də müqəddəs məkan sayılır. Kompleks IV sülalə fironlarının üç böyük piramidasını əhatə edir və dövlətin xüsusi qoruması altındadır.

