İtaliyanın paytaxtı Romada yaponiyalı turist, 69 yaşlı Morimaso Hibino faciəvi şəkildə həlak olub.
DenMedia.az CNN-ə istinadən xəbər verir ki , kişi Panteonun divarından yıxılaraq həyatını itirib.
Hadisə Hibinonun qızı gözü qarşısında baş verib.
Polis bildirib ki, “kişi Panteonu əhatə edən daş divarın üzərində oturarkən başı gicəllənib və o, tarazlığını itirərək aşağı düşüb.”
Hüquq-mühafizə orqanları bədənin olduğu əraziyə çatmaq üçün darvazanı sındırmalı olublar.
Hadisədən sonra Panteon — eyni zamanda katolik kilsəsi kimi fəaliyyət göstərən tarixi məkan — ziyarətçilər üçün bağlanıb.
Məlumata görə, divarın hündürlüyü təxminən 7 metrdir.
İlkin istintaq nəticələrinə əsasən, ölüm hadisəsi cinayət xarakteri daşımır.

