Ermənistan ABŞ-la Sünikdən keçən “beynəlxalq sülh və rifah üçün Tramp marşrutu”nun (TRIPP) 49 illik və ya 99 illik icarəyə verilməsi üzrə iki variantı müzakirə edir. Bunu ölkənin baş naziri Nikol Paşinyan Yerevanda keçirilən regional təhlükəsizlik konfransında bildirib. Onun sözlərinə görə, icarə müddətləri investisiya həcmi və onların özünü doğrultması zərurəti ilə bağlıdır, bunu TASS xəbər verir.
“Hazırda iki icarə ssenarisi müzakirə olunur. 99 il ssenarisi və 49 il ssenarisi”, — deyə Paşinyan bildirib.
Paşinyan izah edib ki, investor öz yatırımlarının müəyyən gəlirlə geri qayıdacağına əmin olmalıdır. Baş nazir həmçinin vurğulayıb ki, icarə şərtlərinin müzakirəsi siyasətlə bağlı deyil. Danışıqlar tamamilə maliyyə və iqtisadi aspektlərə aiddir və icarə müddəti investisiyaların özünü doğrultma dövründən asılı olacaq.

