may
2024
14:02
31

Paşinyan Qələbə Paradından danışdı: "Məcbur deyiləm"

7 may, 2024
14:02
31

Paşinyan Qələbə Paradından danışdı: "Məcbur deyiləm"

Ermənistan Baş naziri Nikol Paşinyan Moskvada keçiriləcək Qələbə Paradından iştirak etməməsinə aydınlıq gətirib.

Den.az xəbər verir ki, Paşinyan bu tədbirə hər il qatılmağa məcbur olmadığını deyib.

“Düşünürəm ki, hər il iştirak etməliyəm. Tədbirdə illik iştirak təcrübəsi Ermənistanın digər liderlərinin dövründə də mövcud olmayıb. Keçən il mayın 9-da keçirilən tədbirdə iştirak etdim. Ermənistan liderinin hər il 9 may paradında iştirak etməsi qəribə olardı”, - deyə baş nazir vurğulayıb.

Günəş Fərəh,
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar