Litva xüsusi xidmət orqanları rusiyalıların Kalininqrad vilayətinə tranzitini koordinasiyalı şəkildə nəzarətdə saxlayacaq və insidentlərə reaksiya verəcək. Bu barədə agentlik ELTA, ölkənin daxili işlər naziri Vladislav Kondratoviçin əmrinə istinadən xəbər verir. Yeni nəzarət qaydası idarələrarası informasiya mübadiləsini gücləndirməyə imkan verəcək.
“Kalininqrad tranziti ilə bağlı istənilən insident xidmətlərin reaksiya verməsi üçün prioritet olacaq. Məqsədimiz — xidmətlərin istənilən pozuntu və ya şübhəli situasiyaya operativ reaksiya verməsidir”, — agentlik Kondratoviçin sözlərini belə sitat gətirir.
Agentliyin məlumatına görə, Kalininqrad tranzitinə nəzarətin sərtləşdirilməsi məsələsi iyun ayında baş verən hadisədən sonra gündəmə gəlib. Həmin vaxt Rusiya vətəndaşı hərəkətdə olan qatarın içindən Kıbartay rayonunda tullanaraq qaçmışdı. Bələdçi, qatar stansiyaya çatmasına təxminən 25 dəqiqə qalmış vaqonun açıq qapısını aşkar edib. Güman edilir ki, sərnişin məhz həmin qapıdan qaçıb.

