Ternopolda 19 noyabr gecəsi Rusiya zərbəsindən sonra axtarış-xilasetmə əməliyyatı davam edir.
Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, 22 nəfərin taleyi hələ də naməlumdur.
Zelenski bildirib:
«Bütün gecə xilasedicilərimiz hadisə yerində çalışıblar, işlər hələ də davam edir».
Axtarışlara 9 bölgədən 230-dan çox xilasedici cəlb olunub. Dağıntıların miqyası böyük olduğu üçün bəzi hissələr əl ilə araşdırılır.
Hazırkı məlumata əsasən, 26 nəfər həlak olub, onların arasında üç uşaq da var.

