Bernama agentliyinin məlumatına görə, Malayziyada leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 4200-dən çox insan təhlükəsizlik məqsədilə müvəqqəti yerləşdirmə mərkəzlərinə köçürülüb.
Təbii fəlakət üç ştatı əhatə edib:
-
Peraqda 2496 nəfər,
-
Kedahda 1007 nəfər,
-
Pinangda isə 749 nəfər təxliyə olunub.
Hökumət ən azı 40 müvəqqəti sığınacaq mərkəzi yaradıb və zərərçəkənlərə ərzaq, tibbi yardım və yaşayış şəraiti təmin edib.
Xatırladaq ki, 2024-cü ildə Malayziyada baş vermiş daşqınlar ölkəyə 933,4 milyon rinqqit (təxminən 215 milyon dollar) dəyərində zərər vurmuşdu — bu da ölkənin ÜDM-nin 0,05 faizinə bərabər idi.

