Ermənistan faktiki olaraq KTMT-dən çıxdığını bəyan edib.
Bu barədə ölkənin Milli Məclisinin spikeri Alen Simonyan Armenpress vasitəsilə açıqlama verib.
Jurnalistlər Simonyandan soruşublar ki, niyə Ermənistan hələ də rəsmi şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmayıb. Spiker qısa cavab verib:
«Biz faktiki olaraq çıxmışıq».
Simonyan bildirib ki, prosesin qalan hissəsi Yerevanın məqsədəuyğunluq qiymətləndirməsindən asılı olacaq. O həmçinin vurğulayıb ki, bu addım antirusiya mövqeyi kimi qiymətləndirilməməlidir, sadəcə Ermənistanın təhlükəsizlik maraqları ilə bağlı qərardır.

