may
2024
15:39
73

Simonyandan Rusiyaya SƏRT CAVAB: "Hər şeyi düz demişəm"

6 may, 2024
15:39
73

Simonyandan Rusiyaya SƏRT CAVAB: "Hər şeyi düz demişəm"

"Rusiyanın siyasəti ilə bağlı bəyanatlarımın arxasındayam və hər şeyi düz demişəm".

Den.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

"Verdiyim ifadələrə, düzgün və yerində səsləndirdiyim fikirlərə görə məsuliyyət daşıyıram. Hər zaman bu barədə danışmağa hazıram”, - Simonyan bildirib.

Qeyd edək ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko spiker Alen Simonyanın “anti-Rusiya” bəyanatları ilə bağlı Ermənistan parlamentinə sorğunun hazırlanaraq göndərilməsi barədə göstəriş verib.

Günəş Fərəh,
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar