Əfqanıstan hökuməti Rusiyaya kənd təsərrüfatı sahəsində işləmək üçün əfqan əmək miqrantlarının cəlb olunması məsələsini müzakirə edir.
DenMedia.az xəbər verir ki, bu barədə məlumatı Əfqanıstanın Rusiyadakı səfiri Həssən Qul Həssən RIA Novosti-yə bildirib.
Səfirin sözlərinə görə, məsələ yaxın günlərdə Tatarıstanın rəhbəri Rüstəm Minnixanovla da müzakirə olunub. O əlavə edib ki, Kabul ilkin olaraq kənd təsərrüfatı üzrə işçi qüvvəsi təklif edib, lakin razılaşmanın digər sahələri də əhatə edəcəyinə ümid edir.
Səfir vurğulayıb:
“Hazırda konkret razılaşma yoxdur, əmək miqrantları ilə bağlı dialoq davam edir.”

