Cari ilin 1 iyun tarixinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saatlıq minimum əmək haqqının tətbiqi ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi planlaşdırılır. Bu "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı 2025-ci il üzrə Yol Xəritəsində öz əksini tapıb. Bəs saatlıq minimum əmək haqqının tətbiq edilməsi işçilər üçün nə vəd edir? Bu tətbiqetmə onların maaşının artmasına töhfə verə bilərmi? Dünyada belə praktika necə işləyir?
Den.az xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin Əmək və əhalinin sosial müdafiəsi komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, saatlıq minimum maaşın tətbiq edilməsi vətəndaşın bir neçə yerdə çalışmasına və daha yüksək maaş almasına imkan verir.
Deputat vurğulayıb ki, saatlıq minimum əmək haqqı tətbiq edən ölkələrin praktikası bunun işləyən vətəndaşların maaş artımına təsir göstərdiyini ortaya qoyur:
"Saatlıq əmək haqqı xüsusilə də əmək müqaviləsi ilə çalışan vətəndaşların maaşına təsir edir. Digər tərəfdən, bu həm həftəsonu, həm də iş saatlarından sonra, o cümlədən bayram günü işləyən vətəndaşların daha yüksək tarifli əmək haqqı almasına gətirib çıxarır. Bu, həmçinin işçilərin sosial hüquqlarının qorunması baxımından vacibdir. Çünki söhbət çalışılan hər saat üçün əmək haqqı ödənilməsi məsələsindən gedir. Ona görə də oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi məqsədəuyğun olardı. Bu istiqamətdə müzakirələrin və təhlillərin aparılması, saatlıq iş rejiminə keçilməsi istisna deyil".
Saatlıq əmək haqqının tətbiqinə başlanır - Maaşlar artacaq

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.