Ukrayna Prezidenti Vladimir Zelenski “əhəmiyyətli günlərin yaxınlaşdığını”, bu günlərin isə “ciddi dəyişikliklər gətirə biləcəyini” bəyan edib.
O, bunu NATO baş katibi Mark Ryutte ilə telefon danışığından sonra Telegram kanalında yazıb. Siyasətçinin sözlərinə görə, yaxın zamanda Alyans rəhbəri ilə təmaslar davam etdiriləcək.
Zelenski qeyd edib:
“Mark Ryutte ilə danışdım və bu günlərdə yenə danışacağıq. Əhəmiyyətli günlərdir və çox şey dəyişə bilər.”

