Danimarka tarixində ilk dəfə olaraq ABŞ-ı mümkün təhlükə mənbəyi kimi göstərib.
DenMedia.az xəbər verir ki, bu barədə Bloomberg 2025-ci il üçün Danimarkanın Xarici və Hərbi Kəşfiyyat Xidmətinin hesabatına istinadən yazır.
Sənəddə bildirilir ki, ABŞ “öz iqtisadi və texnoloji gücündən hakimiyyət aləti kimi istifadə edir”, o cümlədən müttəfiqlərlə münasibətlərdə.
Hesabatda həmçinin ABŞ-ın Arktikada böyük dövlətlər arasında artan rəqabət fonunda Danimarka Krallığının ərazisi olan Qrenlandiyaya marağının gücləndiyi vurğulanır.

