Türkiyə “Akkuyu” Atom Elektrik Stansiyasının vaxtında istismara verilməsini gözləyir.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Aşqabadda Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdən sonra məlumat verib.
“Gündəlikdə çoxlu iri layihələr var. Onların başında, əlbəttə ki, ‘Akkuyu’nun tikintisi dayanır. Türkiyə tərəfi stansiyanın vaxtında istismara verilməsini gözləyir, bu onlar üçün son dərəcə vacibdir”, — deyə Peskov bildirib.
Onun sözlərinə görə, “Rosatom” bu işi vaxtında başa çatdırmağa qadirdir və bunu edəcək.
Qeyd edək ki, “Rosatom” Türkiyənin ilk atom elektrik stansiyası olan “Akkuyu” AЭС-ni Mersin vilayətində inşa edir. Stansiya hər biri 1200 MVt gücündə olan dörd enerji blokundan ibarət olacaq.

