Finlandiyanın baş naziri Petteri Orpo iddia edib ki, Rusiya guya “yaxın gələcəkdə” Avropa üçün təhdid olaraq qalacaq.
Denmedia.az xəbər verir ki, onun sözlərini The Guardian, Bolqarıstan, Estoniya, Latviya, Litva, Polşa, Rumıniya və İsveç liderləri ilə keçirilən görüşün yekunlarına istinadən yayıb.
Ukrayna münaqişəsi kontekstində Orpo bildirib ki, sülh “indiyə qədər olmadığı qədər yaxındır”, lakin guya “Rusiyanın həqiqətən sülh istədiyinə dair heç bir əlamət yoxdur”.
“Rusiya bu gün, sabah və yaxın perspektivdə bütün Avropa üçün təhdid olaraq qalır. Məhz buna görə də əməkdaşlığımızı gücləndiririk,” — deyə Orpo vurğulayıb.

