“Qəzza zolağında qida çatışmazlığından daha bir neçə uşağın həyatını itirməsi aclığın bütün anklavda yayıldığını göstərir”.
Den.az xəbər verir ki, bu barədə BMT-nin yaydığı hesabatda deyilir.
Bildirilir ki, İsrailin hücumlarından ən çox ziyan çəkən şimal bölgələrində ən azı 33 uşaq qida çatışmazlığından dünyasını dəyişib.
Mütəxəssislər hesab edirlər ki, aclıq nəinki şimal bölgəsini, eləcə də bütün Qəzza zolağını əhatə edir.
BMT rəsmiləri İsrailin Qəzza zolağındakı insanları aclıqla sınağa çəkməsini qətiyyətlə pisləyir. Lakin İsrailin Cenevrədəki diplomatik nümayəndəliyi bu bəyanatı dezinformasiya adlandırır.
“İsrail Qəzza zolağına humanitar yardımın çatdırılmasında kordinasiyasını genişləndirir”, – deyə İsrail diplomatik missiyasının bəyanatında deyilir.
Lakin BMT-nin mülkü missiyası müharibə davam etdiyi və yardım məhdud olduğu üçün Qəzzanın yüksək aclıq riski altında qaldığını açıqlayır.
Qeyd olunur ki, Qəzzada 1,1 milyondan çox insan aclıq riski ilə üz-üzədir.
Günəş Fərəh
Den.az
BMT-dən Qəzza açıqlaması: "Bütün anklavda aclıq yayılıb"

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.