Yaponiyada uzun illər davam edən modernizasiya və təhlükəsizlik yoxlamalarından sonra dünyanın ən böyük atom elektrik stansiyası “Kasıvadzaki-Kariva” yenidən fəaliyyətə başlamağa hazırlaşır. Bu barədə “Reuters” xəbər verir.
Niigata prefekturasının qubernatoru Hideyo Hanadzumi stansiyanın yenidən işə salınmasına razılıq verib və görülən təhlükəsizlik tədbirlərinin ən sərt standartlara cavab verdiyini vurğulayıb. Onun sözlərinə görə, AES-in istismarı regionun sabit inkişafı üçün zəruridir.
Hazırda “Tokyo Electric Power Company” (TEPCO) korporasiyası stansiyanın işə salınması üçün son hazırlıq mərhələsini başa çatdırır.
“Kasıvadzaki-Kariva” AES 2011-ci ildə “Fukuşima-1” atom stansiyasında baş verən qəza sonrası tamamilə dayandırılmışdı. Həmin vaxtdan etibarən obyekt genişmiqyaslı modernizasiya və mühafizə sistemlərinin ciddi yoxlamasından keçib.

