Liviyada Baş Qərargah rəisi general Məhəmməd əl-Həddadın və onu müşayiət edən şəxslərin olduğu şəxsi təyyarənin qəzaya uğraması ilə əlaqədar üçgünlük matəm elan edilib. Bu barədə Youm7 nəşri məlumat yayıb.
Qərara əsasən, bütün dövlət qurumlarında bayraqlar endiriləcək, rəsmi və mərasim xarakterli tədbirlər isə dayandırılacaq.
Milli Birlik Hökuməti yaydığı bəyanatda baş verən faciə ilə bağlı dərin hüznünü ifadə edib. Bildirilib ki, Liviya ölkəyə sədaqətlə və fədakarlıqla xidmət etmiş, intizam, məsuliyyət və milli bağlılıq nümunəsi olan ən layiqli şəxslərindən bir qismini itirib.

