24 
sen
2023
17:50
199

SON DƏQİQƏ: İsrail təhlükəsizlik qüvvələri hərəkətə keçdi...

24 sen, 2023
17:50
199

SON DƏQİQƏ: İsrail təhlükəsizlik qüvvələri hərəkətə keçdi... - FOTO

İsrail təhlükəsizlik qüvvələri terror aktı törədə biləcək 8 nəfəri saxlayıb.

“Den.az” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.


Qeyd olunub ki, İsrail Müdafiə Qüvvələri və Ümumi Təhlükəsizlik Xidmətinin bölmələri birgə əməliyyat keçirərək, Bir-Zeyt Universitetinin şəhərciyində gizlənərək axtarışda olan 8 şübhəlini saxlayıb.
Təhlükəsizlik qüvvələrinə məlum olan məlumata görə, axtarışda olan şübhəlilərin yaxın vaxtlarda terror aktları törədəcəkləri gözlənilirdi. Saxlanılanların üzərində “Həmas” terror təşkilatının bayraqları aşkar edilib.
Bundan əlavə, gecə saatlarında Ramallah bölgəsində daha bir terror şübhəlisi, Hirbat-Karme kəndində isə axtarışda olan daha 4 şübhəli saxlanılıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar