Şotlandiyanın Edinburgh şəhərində Fələstin tərəfdarı aktivistlərdən ibarət qrup icazəsiz şəkildə bir zavodun ərazisinə daxil olaraq dağıntılar törədib. Bu barədə The Daily Telegraph məlumat yayıb.
Bildirilir ki, müəssisəyə hücumun səbəbi İsrailə silah tədarükü ilə bağlıdır. Hüquq-mühafizə orqanları zavoda hücum faktını rəsmi şəkildə təsdiqləyib.
Qeyd olunur ki, hazırda heç bir təşkilat bu hərəkətlərə görə məsuliyyəti üzərinə götürməyib.

