Paris məhkəməsi Fransa birinci xanımı Brigitte Macrona qarşı kiberzorakılıq və onunla bağlı saxta məlumatların yayılması işi üzrə 10 nəfəri təqsirli bilib. Bu barədə Associated Press xəbər verir.
Təqsirləndirilənlər arasında 41–65 yaş aralığında olan səkkiz kişi və iki qadın var. Onlara sosial şəbəkələrdə, xüsusilə də Emmanuel Macronun həyat yoldaşının guya kişi kimi doğulması ilə bağlı “çoxsaylı qərəzli və zərərli şərhlər” yazmaq ittihamı irəli sürülüb.
Bu maddə üzrə maksimal cəza səkkiz ay şərti azadlıqdan məhrumetmədir.

