Son günlər sosial şəbəkələrdə yeni şantaj metodu yayılıb. Belə ki, qadınlar həmcinslərinə tövsiyə edir ki, həyat yoldaşının (ərinin) xəyanət etdiyini bildikdə səbirli olsunlar, həmin an ona bildirməsinlər. Daha sonra saxta hesabdan ona yazıb xəyanət etdiyindən xəbərdar olduğunu desinlər və bunu həyat yoldaşına (arvadına) deməməsi üçün pul tələb etsinlər. İddia edirlər ki, beləliklə, qadın ərindən intiqam almış olacaq.
Bəs bunu edən şəxsləri qanunla hansı cəza gözləyir?
Den.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, xəyanət edən həyat yoldaşını hədələyərək pul tələb etmək qanunla qadağandır və belə hallar cinayət məsuliyyəti yaradır:
"Hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkibli cinayətdir və hədənin edildiyi andan başa çatmış hesab olunur. Rüsvayedici məlumatların yayılması hədəsi ilə kimdənsə pul və ya əmlak tələb etmək cinayət tərkibi yaradacaq və məsuliyyətə səbəb olacaq. Hətta yoldaşı şikayətini geri götürsə belə, bu cinayətlə bağlı cinayət təqibi, ictimai ittiham qaydasının da aparıldığı üçün yoldaşının şikayətini geri götürməyinin heç bir əhəmiyyəti olmayacaq. Belə ki, dövlət bu cinayətə görə sizdən əl çəkməyəcək. Ona görə də bu kimi hərəkətə cəhd göstərilməməlidir, nəticəsi ağır ola bilər. Belə ki, hədə-qorxu ilə tələb etmə cinayətinə görə, 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub".
Bu qadınları 5 il HƏBS gözləyir

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.