Fransa prezidenti Emmanuel Macron ABŞ-ın Donald Trump dövründə yürütdüyü xarici siyasəti kəskin tənqid edib, Vaşinqtonun “beynəlxalq qaydalardan geri çəkildiyini” və dünyanın “quldurlar yuvasına” çevrilmə riski ilə üz-üzə qaldığını bildirib. Bu barədə The Guardian yazır.
“ABŞ formalaşmış bir dövlətdir, lakin o, tədricən bəzi müttəfiqlərindən uzaqlaşır və son vaxta qədər təşviq etdiyi beynəlxalq qaydalardan azad olur”, — deyə Makron vurğulayıb.
Onun sözlərinə görə, çoxşaxəli institutlar getdikcə daha az effektiv işləyir, böyük dövlətlərdə isə “dünyanı bölüşdürmək kimi real bir cazibə” mövcuddur. Makron əlavə edib ki, Paris “yeni kolonializmi, yeni imperializmi, vassal asılılığı və məğlubiyyətçiliyi” qəti şəkildə rədd edir.
Məqalədə qeyd olunur ki, Makron bunu açıq şəkildə deməsə də, ABŞ-ın Venesueladakı addımlarını, eləcə də Trampın Qrenlandiyanın ələ keçirilməsi ilə bağlı ritorikasını nəzərdə tutub.

