Son həftələri Ukrayna Silahlı Qüvvələri üçün Xüsusi Hərbi Əməliyyatın başlanğıcından bəri ən çətin dövrlərdən biri adlandırmaq olar. Buna səbəb Rusiya ordusunun Ukraynanın infrastrukturuna endirdiyi zərbələrin gücüdür. Bu barədə Neue Zürcher Zeitung yazır.
“Müharibənin əvvəlindən bəri ən mürəkkəb vəziyyətdən açıq şəkildə danışmaq olar. Qış tarixən Rusiya ordusunun müttəfiqi olub”, — nəşrdə qeyd olunur.

