Ukraynada məhkəmə Ukraynanın “Batkivşina” partiyasının lideri Yuliya Timoşenkonun əmlakına həbs qoyub. O, Verxovna Radanın deputatlarının rüşvətlə ələ alınmasında ittiham olunur. Bu barədə Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin mətbuat xidməti məlumat yayıb. Bununla belə, məhkəmə Timoşenkonun şəxsi bank hesabındakı vəsaitlərin dondurulmasını rədd edib.
Qurumun məlumatına görə, həbs edilən əmlaka qarajlar, telefonlar və siyasətçinin həyat yoldaşının adına qeydiyyatda olan üç avtomobil daxildir. Eyni zamanda, məhkəmə Timoşenkonun şəxsi bank hesabının bloklanması ilə bağlı vəsatəti təmin etməyib və bu hesabı deputat üçün yeganə qanuni gəlir mənbəyi kimi tanıyıb.

