Məşhur türk müğənnisi və aktyoru Özcan Deniz həm şəxsi, həm də maliyyə həyatı ilə bağlı ağır dönəmdən keçir.
Den.az xəbər verir ki, sənətçi uzun illər menecerliyini etmiş qardaşı Ercan Denizlə ciddi mübahisə yaşayıb. Əmlak bölgüsü və qarşılıqlı təhdid iddiaları ailədaxili gərginliyi daha da artıraraq məhkəmə müstəvisinə daşınıb.
Ən ciddi məqam isə Özcan Denizin bütün əmlakına və bank hesablarına məhkəmə qərarı ilə həbs qoyulmasıdır. Buna səbəb sənətçinin illər əvvəl qardaşı üçün götürülən banka kreditə zamin durmasıdır. Borcların ödənilməməsi səbəbindən bank bu vəsaiti zamin olan Özcan Denizdən tələb edib.
Hazırda sənətçinin vəkilləri bu qərara qarşı hüquqi mübarizə aparır. Hadisənin sənətçinin həm psixoloji durumu, həm də yaradıcılığına mənfi təsir etdiyi bildirilir.