ABŞ və Əfqanıstan nümayəndələri məhbusların taleyi ilə bağlı gizli danışıqlar aparır.
Bu barədə The New York Times mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Taliban hərəkatı Al-Qaidənin keçmiş lideri Usamə bin Ladenin guya “tərcüməçisi” və “kuryeri” olmuş Məhəmməd Rahimin azadlığa buraxılmasını tələb edir. Əvəzində hərəkat ABŞ-a bir neçə amerikalı vətəndaşın təhvil verilməsini təklif edir.
Talibanın sözçüsü Zabiullah Mücahid bildirib:
“Biz bu iki amerikalı məhbusun azad edilməsini istəyirik və eyni zamanda Quantanamoda saxlanılan məhbusumuzun taleyi də aydınlaşmalıdır”.
Mənbələrin iddiasına görə, son bir il ərzində Əfqanıstandan azı beş amerikalı məhbus azad edilib. Bununla belə, tərəflər arasında aparılan növbəti müzakirələr çıxılmaz vəziyyətə düşüb.

