Bəzi KİV-lərdə və sosial şəbəkələrdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Ermənistanda həlak olmuş əsgərlərin ailələrinə və ehtiyacı olan təbəqələrə 10 milyon dollar maliyyə yardımı ayrılması ilə bağlı fərman imzaladığı” barədə yayılan iddialar tamamilə əsassızdır.
Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi yanında fəaliyyət göstərən Dezinformasiya ilə Mübarizə Mərkəzinin açıqlamasında bildirilir.
“İctimaiyyəti ölkəmizə və Türkiyə–Azərbaycan münasibətlərinə qarşı yönəlmiş dezinformasiyalara inanmamağa çağırırıq. Yalnız rəsmi qurumların açıqlamaları əsas götürülməlidir”, — deyə mərkəzin bəyanatında vurğulanır.


