İtaliyanın Siciliya adasında güclü fırtına zamanı təxminən 4 kilometrlik qayalıq sahənin uçması nəticəsində onlarla ev uçurumun kənarında qalıb. Bu barədə Virgilio Notizie portalı məlumat yayıb.
Bildirilib ki, Nişemi şəhərində vəziyyətin təhlükəli olması səbəbindən təxminən min nəfər yerli sakin təcili şəkildə təxliyə edilib.
“Vəziyyət kritikdir”, — deyə şəhərin meri Massimiliano Konti bildirib.
Onun sözlərinə görə, son günlər bölgədə yağan güclü leysanlar yeni torpaq sürüşmələrinə səbəb olub və vəziyyət daha da ağırlaşır. Qeyd olunur ki, bu hadisə cəmi bir həftə əvvəl dağıdıcı daşqınlardan zərər çəkmiş ada üçün növbəti zərbədir.

