ABŞ-ın Ohayo ştatının Parma şəhərində doğulacaq körpənin şərəfinə təşkil olunan şənlik zamanı silahlı insident baş verib. Hadisə nəticəsində 3 nəfər həyatını itirib, daha bir nəfər yaralanıb.
Denmedia.az “Fox News”a istinadən xəbər verir ki, bu barədə Parma polisinin sözçüsü Skott Traksler məlumat verib.
Bildirilib ki, silahlı insident nəticəsində iki yetkin kişi və 17 yaşlı qız ölüb. Həyatını itirən şəxslərin kimliyi hələlik açıqlanmayıb.
Hadisə zamanı daha bir qadın ayağından güllə yarası alıb.
Polis şübhəli şəxsin saxlanıldığını bildirib.
Faktla bağlı araşdırma aparılır.

