Dünya tennisinin əfsanələrindən biri, ispaniyalı Rafael Nadal “Real Madrid” futbol klubunun Direktorlar Şurasının üzvü seçilib.
Denmedia.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Klubun noyabrın 21-də keçirilən növbədənkənar ümumi yığıncağında Nadalın namizədliyi səsverməyə çıxarılıb və iştirakçıların 99,5 faizinin dəstəyini qazanıb.
Uzun illərdir “Real Madrid” azarkeşi olan Nadal bununla da sevimli klubunun rəhbərliyində təmsil olunmaq imkanı əldə edib.
Tennis tarixinin ən uğurlu idmançılarından biri sayılan Rafael Nadal ümumilikdə 209 həftə dünya reytinqinin birinci pilləsində qərarlaşıb. O, karyerası ərzində “Böyük Dəbilqə” turnirlərində 22 dəfə çempion olub.
İspaniyalı tennisçi bu titulların 14-nü Fransada keçirilən “Rolan Qarros” turnirində qazanıb. Torpaq örtüklü kortlarda nümayiş etdirdiyi üstün oyun və Parisdəki rekord uğurları ona “Torpaq kralı” ləqəbini qazandırıb.
Nadal həmçinin ikiqat Olimpiya çempionudur. O, 2008-ci ildə Pekin Olimpiadasında fərdi ya

