Pakistanın paytaxtı İslamabadda yerləşən məscidlərdən birində partlayış baş verib. Partlayış “Xədicə əl-Kubra” məscidində cümə namazı zamanı qeydə alınıb. Bu barədə "Dawn" nəşri xəbər verir.
İlkin məlumatlara görə, hadisə nəticəsində azı 31 nəfər həlak olub, 169 nəfər yaralanıb.
Partlayış Tarlay rayonunda yerləşən “Xədicə əl-Kubra” məscidində baş verib.
Pakistanın baş naziri Şahbaz Şərif həlak olanların ailələrinə başsağlığı verib və baş verənləri terror aktı kimi qiymətləndirib.

