Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəzza üzrə yaradılan Sülh Şurasının ilk iclasında Ankaranı təmsil edəcək. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iclas 19 fevral tarixində Vaşinqtonda keçiriləcək və Fidan toplantıda prezident adından iştirak edəcək.

