ABŞ Prezidenti Donald Trump Ağ Evdə keçirilən görüş zamanı ölkənin xokkey üzrə milli komandasının Olimpiya qızıl medalını sınaqdan keçirib.
Sosial şəbəkə X-də yayımlanan görüntülərdə dövlət başçısının medalı hücumçu Matthew Tkachukun əlindən alaraq boynuna taxdığı əks olunub.
“Artıq bunu geri qaytarmayacağam”, – deyə Tramp zarafat edib.
Qeyd edək ki, ABŞ yığması Olimpiya finalında Kanadanı əlavə vaxtda 2:1 hesabı ilə məğlub edib. Bu qələbə ABŞ üçün son 46 ildə ilk Olimpiya çempionluğu olub.
Qalib heyətdə qolları Matt Boldy və Jack Hughes vurublar. Kanada yığmasının heyətində isə fərqlənən oyunçu Cale Makar olub.

