İran ABŞ-la aparılan dolayı danışıqlar zamanı Amerika istehsalı olan təyyarələrin alınmasını, birgə investisiya imkanlarını nəzərdən keçirməyi və neft-qaz yataqlarına çıxışın təmin olunmasını təklif edib. Bu barədə CBS diplomatik mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, diplomatlar ABŞ prezidentinin xüsusi nümayəndəsi Steve Witkoff-a İranın nüvə proqramının ayrıca danışıqlar istiqaməti kimi ayrılmasını tövsiyə ediblər.
Eyni zamanda, Tehranın ABŞ-a qarşı fəaliyyət göstərən qüvvələrə dəstəyi və ballistik raket məsələlərinin isə başqa format çərçivəsində müzakirə olunması təklif edilib.

