İsrailin yüksək rütbəli hərbi rəsmiləri ABŞ-dakı həmkarları ilə son təmaslar zamanı Təl-Əvivin ballistik raket proqramına görə İrana qarşı təkbaşına hücum etməyə hazır olduğu barədə xəbərdarlıq ediblər.
Bu barədə The Jerusalem Post qəzeti mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, İsrail ballistik raket proqramını nüvə proqramı qədər ciddi təhlükə kimi qiymətləndirir.
“Amerikalılara dedik ki, İran ballistik raketlərlə bağlı müəyyən etdiyimiz qırmızı xətti keçərsə, zərbəni təkbaşına endirəcəyik”, — deyə mənbənin sözləri sitat gətirilir.

