Keçmiş CIA analitiki Larri Conson bildirib ki, İran ordusu ABŞ və İsrail qarşısında bir sıra üstünlüklərə malikdir və bu amillər onların hərbi planlarını çətinləşdirir. O, bu fikirləri YouTube kanalında yayımlanan çıxışı zamanı səsləndirib.
Əgər ABŞ-ın hərbi zərbələrinin məqsədi mümkün qədər çox əhaliyə təsir etməkdirsə, nəzərə almaq lazımdır ki, iranlıların 70–80 faizi ölkə üzrə səpələnmiş şəkildə yaşayır. İsraildə isə əhalinin təxminən 80 faizi Tel-Əviv və Hayfa kimi şəhərlərdə cəmləşib.
Ekspert qeyd edib ki, Qərb tərəfi yüzlərlə müxtəlif hədəfə zərbə endirməli olduğu halda, İranın vurmalı olduğu əsasən iki strateji hədəf var.
Larri Conson əlavə edib ki, İranın əks-hücumları ABŞ və İsrailin bəzi üstünlüklərini zəiflədib və onların hərbi planlarını pozub.

