İsrail ordusu Fələstinin HAMAS hərəkatının hərbi kəşfiyyat briqadasının komandiri Məhəmməd Əbu Şalehi zərərsizləşdirib.
Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, əməliyyatda İsrail Müdafiə Qüvvələri (SAXAL) və təhlükəsizlik xidməti ŞABAK əməkdaşları iştirak edib.
Məlumata görə, zərbə Xan Yunis bölgəsində həyata keçirilib.
Əməliyyat nəticəsində HAMAS-ın hərbi kəşfiyyat briqadasının komandiri Məhəmməd Əbu Şaleh məhv edilib.

