İsrail aviasiyası Tehrana zərbələr zamanı İran polisinin rəisi general Rza Radanı zərərsizləşdirməyə cəhd edib.
Bu barədə Al Hadath telekanalı məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, İran generalına qarşı sui-qəsd hava zərbələrinin əsas hədəflərindən biri olub.
General Radanın vəziyyəti, həmçinin paytaxtdakı hücumların detalları açıqlanmır.
İran rəsmiləri hələlik bu məlumatı şərh etməyiblər.

