İran Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmi nümayəndəsi Əbolfəzl Şekarçi ABŞ-ı Tehrana qarşı strateji silah ehtiyatlarından istifadə etməkdə ittiham edib. Bu barədə Fars agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ artıq üçüncü dünya müharibəsi üçün saxlanılan silah ehtiyatlarına qədər istifadə edib. Şekarçi bildirib ki, Vaşinqton indiyə qədər hazırladığı müxtəlif silah sistemlərini İrana qarşı sınaqdan keçirib və indi gizli arsenallardan istifadə etməyə başlayıb.
İranlı general əlavə edib ki, Tehran buna daha müasir silahlarla cavab verəcək. O, həmçinin Bəhreyndə yerləşən ABŞ hərbi bazası ilə bağlı yaxın vaxtlarda böyük bir hadisənin baş verəcəyinə eyham vurub və bunun detalları barədə məlumatın tezliklə mediada yayımlanacağını bildirib.

