Noyabrın 20-də Azərbaycanda gözlənilən hava şəraiti məlum olub.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Güclü qərb və şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10–15, gündüz 16–20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 752 millimetr civə sütunundan 761 millimetrə yüksələcək. Nisbi rütubət 50–60 faiz təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli intensiv olacağı, dağlarda isə qar yağacağı ehtimal edilir.
Bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Mülayim qərb küləyi ayrı-ayrı ərazilərdə güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 5–10, gündüz 17–21 dərəcə isti, dağlarda isə gecə 0–5, gündüz 13–18 dərəcə isti olacaq.

