Bərdədə qadın sürücünün idarə etdiyi avtomobil piyadanı vuraraq öldürüb.
Denmedia.az xəbər verir ki, ağır yol-nəqliyyat hadisəsi Bərdə–Yevlax avtomobil yolunun Saatlı kəndi ərazisindən keçən hissəsində baş verib.
Qadın sürücünün idarə etdiyi avtomobil yolu keçən Qarağacı kənd sakini, 1994-cü il təvəllüdlü Fərid Əfqan oğlu Qasımovu vurub. Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həlak olub.
Mərhumun meyiti Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon morquna təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

