UFC-nin keçmiş çempionu, karyerası ərzində məğlubiyyət yaşamayan rusiyalı döyüşçü Həbib Nurməhəmmədov amerikalı bloqer, promouter və boksçu Ceyk Polun 200 milyon dollar qarşılığında idmana qayıtmaq təklifini rədd edib.
Denmedia.az xəbər verir ki, söhbət zamanı Ceyk Pol Nurməhəmmədovdan peşəkar karyerasını nə vaxt bərpa edəcəyini soruşub və ona geri qayıtması üçün 200 milyon dollar təklif edib.
Lakin keçmiş çempion artıq heç kimə nəyisə sübut etməyə ehtiyac duymadığını və pulun onun üçün motivasiya olmadığını bildirib.
“Niyə qayıtmalıyam? Artıq sübut edəcəyim heç nə yoxdur. Rəqib yoxdur, yalnız pul var. Bu isə mənim üçün motivasiya deyil”, – deyə Nurməhəmmədov vurğulayıb.
Döyüşçünün sözlərini “Championship Rounds” hesabı X sosial şəbəkəsində yayıb.

