Türkiyəli məşhur aktrisa Serenay Sarıkaya haqqında yayılan evlilik xəbəri ilə gündəmə gəlib. Aktrisa ona aid edilən açıqlamanı görüb və bir kəlmə ilə xəbəri ələ salıb.
Denmedia.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatda Sarıkayanın İzmirin Kemalpaşa rayonundan olan biri ilə ailə quraraq həyatını orada davam etdirmək istədiyi iddia olunub.
Xəbərdə aktrisanın Kemalpaşada bir gün keçirdiyi, rayonu çox bəyəndiyi və orada yaşamağa qərar verdiyi irəli sürülüb. Hətta ona “Kemalpaşadan biri ilə evlənib həyatımı burada davam etdirməyi planlaşdırıram” sözləri aid edilib.

Lakin Sarıkayanın həqiqətən belə bir açıqlama verdiyini təsdiqləyən məlumat yoxdur.
Özü haqqında yayılan xəbəri sosial şəbəkə hesabında paylaşan aktrisa sadəcə “İnanılmaz” yazaraq iddiaya istehzalı münasibət bildirib.
Sarıkayanın bir kəlməlik reaksiyası onun evlilik planı ilə bağlı xəbəri ciddi qəbul etmədiyi və iddianı ələ saldığı şəklində qiymətləndirilib.

