Rusiya Xarici İşlər Nazirliyi xarici ölkələrdə Rusiya vətəndaşlarının saxlanılması və həbs olunması riskinin artdığı barədə xəbərdarlıq edib.
Bildirilib ki, bu vəziyyət ABŞ xüsusi xidmət orqanlarının fəaliyyətinin aktivləşməsi ilə əlaqələndirilir.
“Son dövrlərdə ABŞ xüsusi xidmət orqanları tərəfindən dünyada vətəndaşlarımıza qarşı ‘ov’ daha da intensivləşib”
Nazirlik qeyd edib ki, üçüncü ölkələrdə ABŞ-ın sorğuları əsasında saxlanma hallarının artması müşahidə olunur.

