Space Launch System (SLS) raketdaşıyıcısı və onun üzərində yerləşən Orion kosmik gəmisi Ay istiqamətində buraxılıb. Gəmidə NASAnın dörd astronavtı yer alır.
Uçuş John F. Kennedy Kosmik Mərkəzindən yerli vaxtla 18:35-də həyata keçirilib.
Missiyada Reid Wiseman, Christina Koch, Victor Glover və kanadalı astronavt Jeremy Hansen iştirak edir. Onların Ay ətrafında uçuş edəcəyi, lakin səthə eniş etməyəcəyi, daha sonra isə Yerə qayıdacaqları gözlənilir.
Missiyanın ümumi müddəti 10 gün nəzərdə tutulub.
Buraxılışdan təxminən 1,5 saat əvvəl uçuşun uzaqdan dayandırılması sistemi ilə bağlı nasazlıq aşkar edilsə də, problem operativ şəkildə aradan qaldırılıb.

