Polşanın paytaxtı Varşava şəhərinin mərkəzində, Sejm və Senat binalarının yaxınlığında antiterror əməliyyatı keçirilib. Bu barədə PAP agentliyinə açıqlamasında Varşava polisi nümayəndəsi Katarjina Novak məlumat verib.
Onun sözlərinə görə, əməliyyata polis qüvvələri, antiterror mütəxəssisləri və Black Hawk helikopteri cəlb olunub.
Novak bildirib ki, əməliyyatın məqsədi cinayət törətməkdə şübhəli bilinən şəxslərin saxlanılmasıdır.
Hazırda hadisə ilə bağlı əlavə məlumat verilməyib.

