The Hill qəzeti yazır ki, ABŞ Prezidenti Donald Tramp üçün mövcud daxili və xarici siyasət, eləcə də davranışları fonunda istefa vermək, xüsusilə də səhhət səbəbi ilə istefa, yeganə çıxış yolu kimi qiymətləndirilir.
Məqalə müəllifinin fikrincə, Donald Tramp “insana xarakterindən qat-qat böyük hakimiyyət verildikdə nə baş verdiyini göstərən nümunədir”.
Qeyd olunur ki, onun hakimiyyət dövrü “prezidentin hər xəbər dövrünü ələ keçirərək ardıcıl qalmaqallar yaratdığı bir mərhələ” kimi yadda qalmalıdır. Mətnə görə, onun nüfuzu zəiflədikcə, o, diqqəti yayındırmaq üçün daha da qalmaqallı addımlar atır.
“Seçicilər Trampa iki dəfə imicini düzəltmək şansı verdi. Hər dəfə vəziyyəti daha da pisləşdirdi. Onun son şansı — indi səhhətini əsas gətirərək istefa verməkdir.”
Eyni zamanda, 28 yanvar tarixində siyasi şərhçi Greg Weiner bildirib ki, Trampın psixi vəziyyəti ilə bağlı yayılan narahatlıq iddiaları əsassızdır. Onun sözlərinə görə, Tramp sadəcə ekstravaqant və sərt üsluba malik siyasətçidir.

