İranın Ermənistandakı səfirliyi Ağ Evin mətbuat katibinə sərt mesaj ünvanlayıb.
Diplomatlar bunu ABŞ administrasiyası nümayəndəsini ana olması münasibətilə təbrik edərkən bildiriblər.
Müraciətdə qeyd olunub ki, ABŞ-ın Minab şəhərində qız məktəbinə hücumu zamanı ölən 168 uşaq da övlad idi.
Rəhbərinizin Minabdakı məktəbdə öldürdüyü və sizin haqq qazandırdığınız həmin 168 uşaq da övlad idi. Öz körpənizi öpəndə o uşaqların analarını düşünün, — deyə müraciətdə bildirilib.
Qeyd edək ki, 28 yaşlı Kerolayn Levitt bir neçə gün əvvəl ikinci dəfə ana olub.
O, 60 yaşlı tikinti maqnatı Nikolas Riççiodan qız övladı dünyaya gətirib.

